Banner

“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?

Xəbərlər 23 Oktyabr 2026 21:41
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
WhatsApp kanalımıza abunə olun

Bakıda metroda qatarların hərəkət intervalının azaldılması sərnişin sıxlığının aradan qaldırılması və ictimai nəqliyyatdan istifadənin rahatlaşdırılması baxımından mühüm addım hesab olunur. Pik saatlarda sərnişinlərin mənzil başına vaxtında çatması üçün qatarların hərəkət tezliyi və metro infrastrukturunun imkanları xüsusi əhəmiyyət daşıyır.

Avtosfer.az xəbər verir ki, “İçərişəhər–Həzi Aslanov” xəttində birbaşa hərəkətin bərpası və pik saatlarda qatarlararası intervalın 2 dəqiqəyə endirilməsinin sərnişin sıxlığına təsiri, eləcə də metroda rahatlığın artırılması üçün görülməli əlavə tədbirlər müzakirə olunur.

Bəs bu dəyişikliklər sərnişin sıxlığının azalmasına nə dərəcədə kömək edəcək?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, birbaşa hərəkətin bərpası və pik saatlarda qatarlararası intervalın 2 dəqiqəyə endirilməsi sərnişin sıxlığının azalmasına və gözləmə müddətinin qısalmasına müsbət təsir edəcək:

''Ancaq bunun üçün qatarların sabit intervalla hərəkəti və sərnişin axınının düzgün idarə olunması olduqca vacibdir. Qatarların sayının artırılması, avtobuslarla metro arasında əlaqənin gücləndirilməsi və sərnişin axınının düzgün təşkili olduqca vacibdir. Uzunmüddətli perspektivdə isə yeni stansiyaların və xətlərin tikilməsi metroda sıxlığın daha da azalmasına kömək edə bilər''.

Fatimə

Oxunub : 416
ŞƏRH YAZ
Ad

E-mail

Şərh