Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri pilləli şəkildə istifadədən çıxarılacaq. Təşəbbüs "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" çərçivəsində reallaşdırılacaq.
Avtosfer.az demokrat.az-a istinadən xəbər verir ki, Strategiyaya əsasən, 2035-ci ilədək ekoloji standartlara cavab verməyən ənənəvi avtomobil parkının ilkin mərhələdə yenilənməsi planlaşdırılır. Bu dövrdə xüsusi təşviq proqramları sayəsində sərnişin daşımalarında elektromobillərin payı əhəmiyyətli dərəcədə artırılacaq.
2060-cı ilə qədər olan hədəf isə ölkədəki bütün sərnişin avtomobillərinin tam şəkildə elektrik və digər alternativ enerji mənbələrinə keçməsini təmin etməkdir. Daxili yanma mühərrikli nəqliyyat vasitələrinin istifadədən tam çıxarılması dövlətin dəstəklədiyi stimullaşdırıcı tədbirlərlə paralel aparılacaq.
Qərar təkcə avtobuslara deyil, həm şəxsi minik maşınlarına, həm deyilən kateqoriyaya aid olan bütün sərnişin avtomobillərinə şamil edilir.
Yəni ölkədə ekologiyanı qorumaq məqsədilə benzillə işləyən avtomobillərdən mərhələli şəkildə imtina ediləcək və tam olaraq elektrikli nəqliyyat vasitələrinə keçid təmin olunacaq.
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO












