Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA

İdarə etdiyi avtobusu sürməkdən imtina edən sürücü Fəqan Rəhimovun "TikTok" hesabında etdiyi paylaşım müzakirələrə səbəb olub. O bildirib ki, işdən çıxarılması ilə bağlı iddialar yalandır.
Avtosfer.az xəbər verir ki, sürücünün bu sözləri ilə bağlı "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən sürücü ilə əmək münasibətlərinə xitam verilməsi istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq prosedurlara başlanılıb.
"Bununla bağlı Həmkarlar İttifaqı Komitəsinə rəsmi müraciət ünvanlanıb.
Hazırda sürücü avtobusların idarə edilməsinə və sərnişindaşıma fəaliyyətinə buraxılmır. Əmək müqaviləsinə xitam verilməsi qanunvericiliklə müəyyən edilmiş prosedur və müddətlərə riayət olunmaqla rəsmiləşdiriləcək", - deyə şirkət rəsmisi məlumat verib.
Xatırladaq ki, oktyabrın 22-də Bakıda 5 nömrəli marşrutda avtobus sürücüsü Fəqan Rəhimovla sərnişinlər arasında mübahisə baş verib, sürücü nəqliyyat vasitəsini sürməkdən imtina edib. Məsələ ilə bağlı "BakuBus" MMC-nin açıqlamasında bildirilib ki, sürücü vəzifəsindən azad edilib.
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib












