Banner

Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO

Xəbərlər 23 Oktyabr 2026 13:06
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
WhatsApp kanalımıza abunə olun

M-1 Bakı–Quba–Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 77-ci kilometrliyində, Xızı rayonunun Giləzi kəndi ərazisində yolun ayırıcı hissəsində nəqliyyat vasitələrinin qarşı hərəkət zolağına keçməsinin qarşısını almaq məqsədilə quraşdırılmış 2 ədəd beton baryerin qanunsuz olaraq yerinin dəyişdirildiyi aşkar edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə baku.ws-ə AAYDA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən beton baryerlərin əməkdaşlarımız tərəfindən əvvəlki yerinə bərpası qısa müddət ərzində təmin olunub.

"Qeyd edək ki, belə halların gələcəkdə təkrarlanacağı təqdirdə, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət ediləcəkdir", - deyə məlumatda vurğulanıb.

Baku.tvhttps://baku.tv/embed/280628

 

 

Oxunub : 348
ŞƏRH YAZ
Ad

E-mail

Şərh