Alın şüşəsindəki çat cəriməyə səbəb ola bilərmi? – EKSPERTDƏN AÇIQLAMA - FOTO

Avtomobil sahiblərinin ən çox rastlaşdığı problemlərdən biri də alın şüşəsində yaranan çatdır.
Avtosfer.az xəbər verir ki, xüsusən daş dəyməsi və ya qəfil temperatur dəyişikliyi nəticəsində şüşədə kiçik zədələnmələr qaçılmaz olur. Lakin bu halda sürücülərin ağlına dərhal bir sual gəlir: belə çat avtomobilin texniki nasazlığı sayılırmı və yol polisi tərəfindən cəriməyə səbəb ola bilərmi?
Məsələ ondadır ki, qanunvericilikdə sürücünün görmə imkanlarını məhdudlaşdıran texniki nasazlıqla bağlı aydın müddəalar mövcuddur. Bəs sürücünün görməsinə maneə yaratmayan çatlarla bağlı vəziyyət necədir? Bunun üçün hansı meyar əsas götürülür və yol polisi həmin hallarda hansı qərarı verə bilər?

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az saytına açıqlamasında bildirib ki, istənilən halda nəqliyyat vasitəsində texniki nasazlıq olmamalıdır:
“Nasaz vəziyyətdə avtomobil idarə etmək qadağandır. Xüsusilə də alın şüşəsi ilə bağlı tələblər qanunda açıq şəkildə göstərilib. Yol Hərəkəti Haqqında Qanuna əsasən, alın şüşəsində çatın olması yolverilməzdir. Bu istənilən formada ola bilər – tək xətt, çox xətt, ulduz formasında və ya başqa şəkildə. Əgər ön şüşədə çat aşkar edilərsə, nəqliyyat vasitəsi istismardan kənarlaşdırıla bilər. Çünki belə nasazlıq sürücünün avtomobili idarə etməsinə mane ola bilər və qəza riskini artırır.
Sürücülər bilməlidirlər ki, nasaz vəziyyətdə avtomobilin istismarına görə məsuliyyət daşıyırlar və cərimə oluna bilərlər. Bu hal texniki nasazlıq kimi qiymətləndirilir və 50 manat məbləğində cərimə ilə nəticələnir”.
Ekspert qeyd edib ki, bəzən eşidirik ki, sürücülərə belə hallarda “konstruksiya dəyişikliyi” adı ilə də cərimə yazmaq istəyirlər:
“Ancaq əsas məsələ odur ki, bu sırf texniki nasazlıqdır və qanunda nəzərdə tutulmuş sanksiyalar tətbiq olunur.
Burada sual yaranır ki, bəs, qabaq alın şüşəsində çat olması nə kimi problem yaradır?
Əgər şüşə sağlamdırsa, zərbə anında daha dözümlü olur. Lakin çatlı şüşə zərbəyə tab gətirməyə bilər. Bu zaman sərnişin və ya sürücü təhlükəsizlik kəməri taxmayıbsa, zərbənin gücü ilə şüşədən çölə atıla bilər. Həmçinin, kiçik bir toqquşmada belə çatlı şüşə tamamilə dağılaraq avtomobilin idarə olunmaz vəziyyətə düşməsinə səbəb ola bilər. Ona görə sürücülərə tövsiyə olunur ki, alın şüşəsini daim səligəli, təmiz və çatsız saxlasınlar. Bu, həm onların təhlükəsizliyi, həm də yolda olan digər insanların təhlükəsizliyi baxımından vacibdir”.
Fidan
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...











