Anar Paşayev motosiklet yığdı, qeydiyyata aldıra bilmir; nə etməli? - FOTO

Fərdi qaydada hazırlanan elektrikli nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı vətəndaşlar arasında suallar yaranmağa davam edir.
Vətəndaşlardan biri bununla bağlı Avtosfer.az-ın qaynar xəttinə müraciət edərək bildirib ki, o, borulardan qaynaq etməklə fərdi qaydada elektrikli moped yığıb. Onun sözlərinə görə, nəqliyyat vasitəsinin maksimal sürəti 45 km/saatdır, lakin pedalları yoxdur.
Vətəndaş qeyd edib ki, yeni qaydalara əsasən belə nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınaraq nömrə nişanı əldə etməsi tələb olunur. Ancaq moped zavod istehsalı olmadığından onun heç bir sənədi, gömrük bəyannaməsi və ya ban (VIN) nömrəsi mövcud deyil.
O, bu səbəbdən belə bir sual ünvanlayıb: "DYP sənədsiz mopedlərin qeydiyyatını həyata keçirdiyi bu dövrdə, mənim fərdi qaydada hazırladığım bu nəqliyyat vasitəsini qanuniləşdirmək və ona dövlət qeydiyyat nişanı almaq üçün qanunvericilikdə hər hansı keçid müddəası və ya prosedur varmı? Yoxsa bu texnikanın ümumiyyətlə yollarda istismarı mümkün olmayacaq?"
Avtosfer.az-ın məlumatına görə, belə hallarda vətəndaş ilk növbədə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir. Müraciət əsasında nəqliyyat vasitəsinə baxış keçiriləcək və onun qeydiyyata alınıb-alınmaması ilə bağlı müvafiq qərar veriləcək.
Zərurət yarandığı halda nəqliyyat vasitəsi texniki ekspertiza üçün aidiyyəti müəssisəyə və ya zavoda yönləndirilə bilər. Həmin ekspertizanın rəyindən sonra isə fərdi qaydada yığılmış elektrikli mopedə müvafiq sənədin verilməsi və dövlət qeydiyyatına alınmasının mümkün olub-olmaması barədə yekun qərar qəbul ediləcək.
Eltac Zülfüqaroğlu


Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












