Avtobus dayanacaqları üçün anti-ciblərin təşkili tıxacları azalda bilər? – Ekspertdən AÇIQLAMA

Son dövrlərdə şəhərdaxili nəqliyyat infrastrukturunda avtobus dayanacaqları ilə bağlı yanaşmalar dəyişməkdədir.
Avotsfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Anar Əliyev məlumat verib.
Ekspertin sözlərinə görə, əvvəllər avtobus cibləri (yol kənarında xüsusi dayanma sahələri) nəqliyyatın təşkilində faydalı hesab olunsa da, müasir şəhər şəraitində onların mənfi tərəfləri daha çox nəzərə çarpır. Belə ki, avtobusların bu ciblərə daxil olub yenidən hərəkətə qoşulması əlavə vaxt itkisinə səbəb olur, eyni zamanda sərnişinlərin minib-düşməsi zamanı müəyyən narahatlıqlar yaradır.
Anar Əliyev bildirib ki, bu səbəbdən bir çox şəhərlərdə artıq “anti-cib” adlandırılan yeni yanaşma tətbiq edilir. Bu modeldə avtobuslar birbaşa hərəkət zolağında dayanır və bu da onların hərəkətinin daha operativ və fasiləsiz olmasına imkan yaradır.
Ekspert qeyd edib ki, xüsusilə parklanmanın təşkil olunduğu küçələrdə “anti-cib” həlləri daha effektiv hesab olunur. Bu yanaşma ictimai nəqliyyata prioritet verilməsini təmin edir, dayanacaqlarda vaxt itkisinin qarşısını alır və ümumi nəqliyyat axınının daha səmərəli təşkilinə şərait yaradır.
Sonda vurğulanıb ki, bu cür dəyişikliklər şəhər nəqliyyatının optimallaşdırılması və sərnişin rahatlığının artırılması baxımından mühüm addım hesab olunur.
Eltac Zülfüqaroğlu
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO












