Avtobus zolağındakı sarı tora girən sürücüləri nə gözləyir? - İZAH - VİDEO

Yol hərəkətinin təşkilində istifadə olunan sarı torlarla bağlı bəzi nüansalar sürücülər üçün qaranlıq qalıb. Avtosfer.az xəbər verir ki, söz açdığımız həmin sarı torlar həm yolayrıclarında, həm də avtobus zolaqlarında istifadə olunur. Yolayrıclarında tətbiq edilən sarı torlar tıxac zamanı sürücülərin orada dayanmasını qadağan edir. Bu, kəsişmələrin qarşısının bağlanmaması və hərəkətin nizamlı şəkildə davam etməsi üçün nəzərdə tutulub.
Avtobus zolaqlarında tətbiq edilən sarı torlar da orada dayanmağı qadağan edir. Lakin sürücülərin həmin sarı torun üzəri ilə hərəkət etməsini qadağan etmir. Avtobus zolaqlarında sarı torun tətbiqi istiqamət dəyişmək üçün nəzərdə tutulub. Yəni, sürücülər digər istiqamətə keçmək istəyirlərsə, bu torun üzəri ilə hərəkət edib manevr edə bilərlər. Bəzən bundan xəbəri olmayan sürücülər həmin torun üzərinə çıxmaqdan çəkinirlər. Düşünürlər ki, buna görə məsuliyyətə cəlb ediləcəklər. Lakin sarı tor bitdikdən sonra avtobus zolağına daxil olaraq istiqamətlərini dəyişirlər. Bu isə qayda pozuntusu hesab edilir.
Fərid
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












