Avtobusların velosiped zolaqlarında hərəkətinə icazə var? – EKSPERT AÇIQLADI

Bakıda bəzi hallarda şəhər yollarında avtobusların özlərinə ayrılmış zolaqlardan çıxaraq velosiped zolağına daxil olması müşahidə olunur. Bu isə həm velosiped sürənlər, həm də avtobusdakı sərnişinlər üçün ciddi təhlükə yaradır. Velosipedçilərin təhlükəsizliyi üçün ayrılan xüsusi hərəkət sahəsinə iri nəqliyyat vasitələrinin daxil olması qəzalara səbəb ola bilər.
Bəs avtobusların öz hərəkət zolaqlarından çıxaraq velosiped zolağına girməsinə icazə verilir?
Nəqliyyat eksperti Elməddin Muradlı məsələyə münasibət bildirərək deyib:

“Yox, buna qətiyyən icazə verilmir, çünki yol hər bir iştirakçı üçün paralel bölünüb. Avtobusun avtobus yolu var, velosipedin də velosiped yolu. Heç bir halda hər hansı bir zərurət, hadisə filan baş verməyibsə, avtobusun velosiped zolağına girməsinə icazə verilmir.
Nəinki avtobusun, digər nəqliyyat vasitələrinin də icazə verilmir. Əgər velosiped zolağına daxil olursa, bu halda avtobus sürücüsü 100 manat və 2 bal cərimə oluna bilər”.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












