Avtomobilin yükü əyləc məsafəsinə necə təsir edir? - Sahil usta açıqladı - FOTO

Yol hərəkəti üzrə müşahidələr göstərir ki, bəzi sürücülər avtomobillərini istehsalçı tərəfindən müəyyən edilən yük həddindən artıq yükləyir.
Bu təkcə yanacaq sərfiyyatını artırmır, həm də əyləc məsafəsini uzadaraq qəza riskini yüksəldir. Sürücülər istər sərnişin daşısın, istərsə də əlavə yüklər bu halda nəqliyyat vasitəsinin yüklənmiş olması maşının əyləc sisteminə təsir göstərə bilir.
.jpg)
Məsələ ilə bağlı avtomobil ustası Sahil Ağabəyli Avtosfer.az saytına açıqlamasında bildirib ki, avtomobil boş olduqda əyləcləmə məsafəsi daha qısa olur, yəni sürücü əyləci basdıqda maşın daha tez dayanır:
“Avtomobilin üzərində hər hansı əlavə yük olduqda isə vəziyyət dəyişir. Məsələn, adi minik avtomobilində 4 nəfər sərnişin və arxa yük yerində çanta, əşyalar olduqda, əyləcləmə məsafəsi bir qədər uzanır. Əgər avtomobil saatda 100 km sürətlə hərəkət edirsə və normal halda 100 metr məsafədə dayanırsa, eyni şəraitdə yüklə bu məsafə ən azı 120–130 metrə qədər uzana bilər. Bu yükün avtomobili irəliyə daha çox itələməsi ilə bağlıdır.
Yük avtomobillərinə gəldikdə isə onların maksimal sürəti 80 km/saatdan artıq olmamalıdır. Çünki bu tip nəqliyyat vasitələrinin əyləcləmə məsafəsi yükün miqdarına görə kəskin şəkildə artır. Məsələn, 80 km/saat sürətlə gedən yük avtomobili boş halda 200 metr məsafədə dayanırsa, üzərində 3–10 ton yük olduqda bu məsafə təxminən 1 km-ə qədər çata bilər. Bu səbəbdən yüklü avtomobillərin əyləcləmə qabiliyyəti daha zəif olur və sürücülər xüsusilə diqqətli olmalıdırlar”.
Həmçinin Sahil usta qeyd edib ki, belə hallarda sürücülər avtomobilin əyləc sisteminə xüsusi diqqət yetirməlidirlər:
“Əyləc yastıqlarının (nakladkaların) seçimində bazarda mövcud olan orijinal və keyfiyyətli məhsullara üstünlük vermək lazımdır. Çünki əyləcləmə zamanı bütün yük əsasən bu hissələrin üzərinə düşür. Bundan əlavə, əyləc mayesinin vaxtında yoxlanılması və nəmlik dərəcəsi normadan yüksəkdirsə dəyişdirilməsi tövsiyə olunur. Həmçinin amortizatorlara və dayaqlara da diqqət yetirmək vacibdir. Yük avtomobili sürücüləri bu qaydalara mütləq əməl etməlidirlər”.
Fidan
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO












