Bu küçədə nişanların olmaması sürücüləri çaşdırır – VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib ki, “Gənclik” metrosundan “Nərimanov” metrosu istiqamətinə hərəkətdə, həmçinin soldan Əhməd Rəcəbli küçəsinə dönən hissədə sürücülərin tez-tez təkrarladığı bir qayda pozuntusu müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, bir çox sürücü Fətəli Xan Xorski küçəsində yerdəki xətlərə baxmayaraq, küçənin həmin hissəsində sola dönür. Halbuki yerdəki işarələr yalnız yolayrıcına qədər yox, yolayrıcından sonraya da aiddir və bu işarə üç dəfə təkrarlanır. Buna baxmayaraq, bəzi sürücülər hələ də həmin ərazidə sola dönməyin mümkün olduğunu düşünür.
Aqil Rəhimov vurğulayır ki, sürücülərin bir qismi bu xətlənməni “4.1.1 Məcburi hərəkət istiqaməti” nişanı ilə qarışdırır. Məcburi hərəkət istiqamətini göstərən nişan yolayrıcına qədər tətbiq olunur, lakin 1.18 üfüqi nişanlanma bütün yolun eninə aid olduğundan sola dönməni qəti qadağan edir.
Məşqçinin sözlərinə görə, digər bir yanlış fikir isə zolaqlar üzrə hərəkət istiqamətini göstərən 5.8.1 və 5.8.2 nişanlarının olmaması ilə bağlıdır.
“Bu nişanların olması əlbəttə ki, daha yaxşı olardı, xüsusilə yağışlı və qaranlıq havalarda üfüqi nişanlanma zəif göründüyü üçün yerdəki işarələrin olmaı kifayət etmir.
Lakin qaydalara əsasən, 1.18 xətti bu nişanlarla yanaşı da tətbiq oluna bilər, tam müstəqil şəkildə də”.
Aqil Rəhimov qeyd edir ki, səhv düşüncələrin sosial şərhlərdə yayılması səbəbindən digər sürücülər də eyni qayda pozuntusuna yol verə bilər. Son vaxtlar isə həmin ərazidə bu pozuntuya görə cərimələrin yazıldığı məlum olub.
Məşqçi sonda aidiyyəti quruma müraciət edərək bildirir ki, yerdəki xətlənmə artıq aşınıb və yenilənməsinə ehtiyac var. O, həmçinin, 5.8.1 və 5.8.2 nişanlarının yolun sağ hissəsində quraşdırılmasının məqsədəuyğun olacağını qeyd edib.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












