Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

Qış aylarında sürücülərin qarşılaşdığı ən ciddi problemlərdən biri avtomobilin ön alın şüşəsinin buz bağlamasıdır.
Avtosfer.az xəbər verir ki, bir çox hallarda buzun düzgün olmayan üsullarla təmizlənməsi şüşəyə və avtomobilin digər elementlərinə ciddi ziyan vurur. Mütəxəssislər xəbərdarlıq edir ki, şüşəni rezin və ya sərt alətlə qaşımaq, eləcə də üzərinə qaynar su tökmək təhlükəli nəticələrə yol aça bilər.
Soyuq havalarda ön alın şüşəsindəki buzu rezinlə qaşımaq adi vərdişə çevrilsə də bu üsul şüşə səthində mikroskopik cızıqlar yaradır. Zamanla həmin cızıqlar çoxalır, sürücünün görmə sahəsini zəiflədir və xüsusilə gecə vaxtı qarşıdan gələn avtomobillərin faralarının təhlükəli parıltı yaratmasına səbəb olur. Daha riskli üsul isə buza qaynar su tökməkdir. Şüşənin soyuq səthi ilə qaynar su arasındakı kəskin temperatur fərqi termal şok yaradır və nəticədə ön alın şüşəsi ani şəkildə çatlaya bilər.
Mütəxəssislər ön alın şüşəsi buzdan təmizləməyin ən təhlükəsiz və effektiv yolunun avtomobilin daxili sistemlərindən istifadə etmək olduğunu bildirirlər. Bunun üçün mühərriki işə saldıqdan dərhal sonra hava axını ön alın şüşəsi üfləmə rejiminə keçirilməli, ventilyator sürəti və temperatur maksimum səviyyəyə qaldırılmalıdır. Bu zaman şüşə içəridən tədricən qızır və buz təbəqəsi səthə yapışmasını itirərək yumşalır. Eyni zamanda arxa alın şüşəsinin qızdırıcısının və yan güzgü isidicilərinin aktivləşdirilməsi sürücüyə hərəkətə başlamazdan əvvəl tam görmə imkanı yaradır.
Bir çox sürücülər qış aylarında kondisioneri söndürür, lakin bu, ciddi səhv hesab olunur. Qışda kondisioner sistemi soyutma funksiyasından daha çox nəmsizləşdirici rolunu oynayır. Kondisioner aktiv olduqda salon daxilində temperatur fərqləri nəticəsində yaranan artıq nəm sürətlə xaric edilir. Bu isə pəncərələrin içəridən dumanlanmasının qarşısını alır və ön şüşədəki buzun daha tez əriməsinə kömək edir.
Buz təbəqəsi istinin təsiri ilə yumşalıb maye hala keçdikdən sonra şüşəsilənləri işə salmaq tövsiyə olunur. Bu mərhələdə şüşəsilənlərin istifadəsi təhlükəsiz sayılır, çünki bıçaqlar artıq sərt buz üzərində deyil, nazik su təbəqəsi üzərində hərəkət edir. Nəticədə həm ön şüşə cızılmır, həm də şüşəsilənlərin ömrü uzanır.
Mütəxəssislər sürücülərə qış səhərlərində tələskən qərarlardan çəkinməyi, avtomobilin texniki imkanlarından düzgün istifadə etməyi və görünürlüyü tam təmin etmədən hərəkətə başlamamağı tövsiyə edirlər.
Eltac Zülfüqaroğlu
Taksi sürücüləri üçün VACİB XƏBƏR
İşıqforlarda saniyəölçənin yığışdırılması təklif edilir; nəyə təsir edəcək? - ARAŞDIRMA
Ərazisi bəzi Avropa paytaxtlarından böyük olan Bakıda niyə tıxac var? – Rauf Ağamirzəyev - FOTO
Bakıdakı dairələr yollarda hərəkətə təhlükə yaradır? – Mütəxəssis RƏYİ - VİDEO
Sürücülərə XƏBƏRDARLIQ - Maşınınızdakı gizli təhlükəyə diqqət!
Hər bir sürücü həm də piyadadır, yollarda onlar daha diqqətli olmalıdır - EKSPERT - VİDEO
“Zebra”lar piyadalar üçün təhlükəsizliyi tam təmin edirmi? – Ekspertdən AÇIQLAMA
Hansısa manevrlə bağlı qadağanedici nişan yoxdursa, deməli, icazə var – MÜTƏXƏSSİS - VİDEO
Nömrə nişanlarının rəng və hərflərinə görə necə fərqləndiyini bilirdiz? - ARAŞDIRMA
Şəhər mühitində obyektlərə əlçatanlıq mövzusu GÜNDƏM OLDU - FOTO
Şəhərdə piyada üçün yaradılan şəraitə etiraz edənlər sürücülərdir - EKSPERT










