Elektrikli avtomobilləri evdə şarj etmək nə qədər təhlükəlidir? – MÜTƏXƏSSİSDƏN AÇIQLAMA

Son zamanlar sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi sürücülərin elektrikli avtomobillərini birbaşa evlə əlaqələndirilən naqillərlə şarj etdikləri görünür. Mütəxəssislər bildirirlər ki, bu üsul təhlükəsizlik baxımından risklər yaradır. Çünki ev şəbəkələri çox vaxt yüksək gərginlik və uzunmüddətli yüklənməyə uyğunlaşdırılmayıb.
Elektrikli avtomobillərin şarjı üçün xüsusi cihazlar və stansiyalar quraşdırılır. Bu avadanlıqlar həm təhlükəsizliyi təmin edir, həm də batareyanın düzgün yüklənməsinə şərait yaradır.
Bəs görəsən, elektrikli avtomobillərin evdən şarj edilməsi onların texniki vəziyyətinə və təhlükəsizliyinə hansı zərərlər gətirə bilər?
Mövzu ilə bağlı avtomobil mütəxəssisi Elçin Abbasov Avtosfer.az-a açıqlamasında bildirib ki, əsasən elektromobil və hibridlərdə iki şarj girişi olur:

“Bunlardan biri sabit cərəyan, digəri isə dəyişən cərəyan olur. Sabit cərəyanla olan qurğular əsasən yollarda qurulanlardır və onların gücü müxtəlif ola bilər. Hardasa 40 kv-dan 150 kv-ya dək ola bilərlər. Evdəki şarj sistemləri isə əsasən 7,14 kv-la olur. Bu vasitələrdən istifadə etmək daha sərfəlidir. Çünki evdə bizim ödəyəcəyimiz məbləğlə çöldə stansiyalarda ödəyəcəyimiz məbləğ arasında iki dəfədən artıq qiymət fərqi olur. Ona görə də insanlar evdə şarj etməyə çalışırlar.
Əslində bunun avtomobil üçün birbaşa ziyanı yoxdur. Ancaq məsələ ondan ibarətdir ki, burada elektrik şəbəkəsi şarj edilən nöqtə üçün düzgün qurulmalıdır. Əks halda yanğınlar baş verə bilər. Ölkəmizdə belə hallar olur və təkcə şarj cihazının özü yanmır, avtomobilə də ziyan vura bilir”.
Mütəxəssis əlavə olaraq qeyd edib ki, bu səbəbdən də bəzi binaların zirzəmilərində bu şarj sisteminin qoyulmasına qarşı çıxırlar:
“Çünki yanğın baş verdikdə elektromobil və hibridin yanması çox çətin söndürülə bilən yanğın hadisələrindən sayılır. Bu da təkcə yanan maşın üçün deyil, ətraf üçün də təhlükə yaradır”.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












