Elektrikli skuter sürənlərin DİQQƏTİNƏ: Ürəyə gizli zərbə vurur

Elektrikli nəqliyyat vasitələri ürək-damar sisteminə iki fərqli istiqamətdən mənfi təsir göstərir: ani sürətlənmə və təkərlərin yaratdığı davamlı xırda vibrasiya. Sağlam fərdlər üçün bu amillərin hər biri təkbaşına ciddi təhlükə yaratmasa da, onların eyni vaxtda təsiri paroksizmal taxikardiya riski yaradır.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı rusiyalı kardioloq Valeriya Bonadıkova Gazeta.ru-ya açıqlama verib.
V.Bonadıkovanın sözlərinə görə, bu, heç bir aşkar səbəb olmadan ürək döyüntüsünün dəqiqədə 140-220 vuruşa qədər artması ilə müşayiət olunan prosesdir:
"Bu vəziyyət bir neçə saniyədən bir neçə saata kimi davam edə bilər. Normal halda sağlam insanın nəbzi dəqiqədə 60-80 vuruş olur. Belə tutmalar baş verdikdə döş qəfəsində güclü sıxılma, nəfəs darlığı, başgicəllənmə, bəzi hallarda təşviş və ayaqlarda halsızlıq müşahidə edilir".
Prosesin əsas mənbəyi orqanizmdə bağırsaqların fəaliyyətini, tənəffüsü, təzyiqi və nəbzi iradədən kənar idarə edən vegetativ sinir sistemidir. Kələ-kötür yollarda yaranan daimi silkələnmələr daxili orqanların reseptorlarına təsir edərək sinir sistemində xüsusi qoruma rejimini aktivləşdirir. Nəticədə damarlar daralır, qan təzyiqi kəskin artır və ürək daha sürətlə döyünməyə başlayır.
Həmçinin açıqlamada nəqliyyatın ani sürətlənməsinin də fərqli risklər daşıdığı bildirilib. Çox vaxt 25 km/saat sürət yığmaq üçün sadəcə iki-üç saniyə tələb olunur ki, bu zaman qana külli miqdarda adrenalin buraxılır. Bədəni təhlükəyə hazırlayan bu hormon ürək əzələlərini həddindən artıq stimullaşdıraraq aritmiya yaradır.
Kardioloqun sözlərinə görə, elektrikli nəqliyyat vasitələrindən istifadə etdikdən sonra ürək döyüntüsünün sürətlənməsi şikayəti ilə müraciət edən 25-35 yaşlı pasiyentlər olur:
"Onların əksəriyyəti əvvəllər ürək problemi yaşamamış şəxslərdir. Onlar hər gün işə getdikləri yolun miokard üçün stres-testə çevrildiyindən heç şübhələnmirlər də. Xüsusilə acqarına, qəhvə və ya energetik içkidən sonra, isti havada və ya yuxusuz gecədən sonra sürənlər üçün risklər daha yüksəkdir".
Həkim əlavə edib ki, tiroid vəzinin hiperfunksiyası, "Volf-Parkinson-Uayt sindromu" (anadangəlmə ürək qüsuru), mitral qapaq prolapsı və kəskin respirator virus infeksiyalarından sonra ürək əzələsində yaranan gizli iltihab halları olan şəxslər üçün təhlükə daha da böyükdür.
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...












