Evakuatorun üzərindəki maşında texniki baxış və sığorta olmadıqda sürücü cərimə oluna bilər? - VİDEO

Bəzən texniki baxışı və icbari sığortası olmayan avtomobillərin evakuator vasitəsilə daşınması zamanı sürücülərin məsuliyyətə cəlb olunması halları müşahidə edilir. Avtosfer.az xəbər verir ki, bu məsələ ilə bağlı redaksiyamızın qaynar xəttinə oxucular tərəfindən tez-tez müraciətlər daxil olur və bunun nə qədər doğru olub-olmadığı soruşulur.
Bildirmək istəyirik ki, bəzi hallarda xüsusi texniki vasitələr evakuator üzərində daşınan avtomobilin texniki baxışdan keçmədiyini və ya icbari sığortasının olmadığını qeydə alaraq avtomatik olaraq cərimə tətbiq edir. Lakin bu zaman ortaya mühüm bir sual çıxır: bu halda avtomobilin sürücüsü məsuliyyətə cəlb oluna bilərmi?
Qanunvericiliyə əsasən, texniki baxışdan keçməyən və ya icbari sığortası olmayan nəqliyyat vasitəsinin hərəkətdə olması zamanı sürücüyə cərimə tətbiq oluna bilər. Lakin evakuatorun üzərində daşınan avtomobil faktiki olaraq yolda hərəkət etmir, özü idarə olunmur və yol hərəkəti iştirakçısı sayılmır. Bu səbəbdən evakuatorla aparılan avtomobilin texniki baxışdan keçməməsi və ya icbari sığortasının olmaması sürücü üçün heç bir hüquqi məsuliyyət yaratmır.
Əgər bu səbəbdən sürücüyə cərimə yazılıbsa, həmin şəxs aidiyyəti üzrə Dövlət Yol Polisi İdarəsinə müraciət edə və cərimənin ləğv edilməsini tələb edə bilər.
Fərid
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












