Əvvəl 12, indi isə 2 dəqiqə 30 saniyəyə gedilən yol – AYNA bunu necə etdi? - VİDEO

Paytaxtda sürücülərin ən çox narahat olduğu ərazi “Gənclik” metrosu yaxınlığından keçən Koroğlu Rəhimov küçəsi idi. Burada üzü Həsən Əliyev küçəsi istiqamətində edilən yeniliklər artıq başa çatıb. Əvvəlcə dəyişikliklər sürücülər tərəfindən birmənalı qarşılanmırdı. Edilən yeniliklərin ərazidəki sıxlığın qarşısını almayacağını düşünürdülər.
Avtosfer.az komandası aparılan dəyişikliklərdən sonra ərazidəki son vəziyyəti analiz etmək üçün Koroğlu Rəhimov küçəsində olub. Əməkdaşlarımız avtomobillə hərəkət zamanı Heydər Əliyev Mərkəzindən Həsən Əliyev küçəsinə qədər olan hissəni sürücülərin nə qədər müddətə gedə biləcəklərini hesablayıblar. Üstəlik, bu yoxlama günün pik saatında – noyabrın 19-da, saat 18:15-də həyata keçirilib.
Yoxlama zamanı müəyyən olub ki, əvvəllər günün pik saatlarında (həftənin gününə görə dəyişir) Heydər Əliyev Mərkəzindən Həsən Əliyev küçəsinə qədər olan yolu sürücülər 10-12 dəqiqəyə qət edirdilərsə, indi bu müddət 2 dəqiqə 30 saniyəyə qədər azalıb.
Nəzərə alsaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oyun keçirildiyi zaman “Gənclik” metrosuna gedən bütün yollarda sıxlıq yaranır, sürücülər bu zaman hətta Koroğlu Rəhimov küçəsini 30-40 dəqiqəyə keçə bilirdilər.
Lakin qeyd etmək lazımdır ki, hazırda Koroğlu Rəhimov küçəsinin Babək və Heydər Əliyev prospektlərinə doğru hissəsində müəyyən qədər sıxlıq yaşanır. Əldə etdiyimiz məlumata görə, bu məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yeni layihə planladığı bildirilir.
Ümumilikdə, Mərkəzdən Həsən Əliyev küçəsinə qədər olan hissənin 2 dəqiqə 30 saniyəyə qət edilməsi olduqca uğurlu nəticə hesab edilə bilər.
Səfər
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












