“Gənclik Mall”un qarşısındakı tıxac necə aradan qaldırılmalıdır? – EKSPERTDƏN TƏKLİF - VİDEO

Artıq bir müddətdir ki, “Gənclik Mall”un qarşısındakı yolda, Fətəli Xan Xoyski küçəsində yaranan vəziyyət sürücülərin narazılığına səbəb olub. Bununla əlaqədar sosial şəbəkələrdə yol infrastrukturu ilə bağlı məlumatı olan, olmayan hər kəs bir çox fərziyələr irəli sürüb.
Avtosfer.az xəbər verir ki, yaranan vəziyyətlə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi də mayın 30-u edilən dəyişikliklərlə bağlı açıqlama yaymışdı. Açıqlamada qeyd olunur ki, Fətəli xan Xoyski küçəsi, “Gənclik Mall”un qarşısı sıxlıq hallarının müşahidə edildiyi ərazidir. Əhmədbəy Ağaoğlu küçəsi, Vaqif və Atatürk prospektləri istiqamətlərindən gələn 6 hərəkət zolağı bu ərazidə 3 hərəkət zolağı ilə əvəzlənir. Nəticədə darboğaz əmələ gəlir və nəqliyyat vasitələrinin hərəkəti çətinləşir.

“Bundan əlavə, “Gənclik Mall”a gələn yüksək ziyarətçi axını parklanma yerinin girişində növbəyə səbəb olur. Bu isə Fətəli xan Xoyski küçəsini, o cümlədən, avtobus zolağını bloklayır. Məsələnin həlli üçün yeni layihə icra olunacaq.
“Gənclik Mall”un parklanma yerinin giriş hissəsində “dropoff” məntəqəsinin yaradılması və geriyədönmə yerinin təkmilləşdirilməsi, Fətəli xan Xoyski küçəsindəki zolaqların silinərək yenidən çəkilməsi və 3 hərəkət zolağının 4 hərəkət zolağı ilə əvəzlənməsi nəzərdə tutuluг.
Bununla da ticarət və əyləncə mərkəzinin giriş hissəsində sıxlığın azaldılması, sıxlıq olsa belə bunun əsas yola minimum təsiri müşahidə ediləcək, avtomobil və ictimai nəqliyyatın fasiləsiz olaraq hərəkətinin təmin edilməsi baş tutacaq”.
Yaranan yeni vəziyyət əksər sürücülər tərəfindən qəbul edilməyib. Onlar hələ də “Gənclik Mall”a sərnişin mindirib düşürmək üçün ya F.X.Xoyski küçəsində avtobus zolağına parallel 2-ci zolaqda, ya da Olimpiya küçəsində piyada keçidinin ətrafında avtomobillərini saxlayırlar.
Nəqliyyat eksperti Elməddin Muradlı ərazidəki real vəziyyətlə tanış olub və həm sürücülər, həm də piyadaların rahat hərəkətinin təmini üçün öz təkliflərini verib. O bildirib ki, Vaqif və Əhməd bəy Ağaoğlu küçələrinin, eləcə də Atatürk prospektinin hər birindən 2 zolaq F.X.Xoyski küçəsində birləşib 6 zolaq əmələ gətirir. Daha sonra isə bu zolaqlar 3 zolaq olaraq davam edi. Bu zolaqlar isə nəqliyyat axınının yükünü daşıya bilmir:

“Burada tıxacın yaranmasında “Gənclik Mall”un da rolu var. Ümumiyyətlə, ticarət mərkəzlərinin tıxaca birbaşa təsiri var. “Park Bulvar”ın, “Gənclik Mall”un”, “28 Mall”un da qarşısında müəyyən saatlarda bu baş verir. Bunun səbəbi nədir? Çünki Azərbaycanda qanunvericilikdə boşluq var. Qaz balonu ilə işləyən avtomobillər yeraltı parkinqlərə girməməlidir. Dünya təcrübəsində bu belədir. Azərbaycanda bununla əlaqədar bir məhdudiyyət olmadığına görə, ticarət mərkəzlərinin parkinqlərinin mühafizəçiləri özləri tədbir görməyə məcburdur. Tədbir də ondan ibarətdir ki, maşınlar bir-bir saxlanılır və baqajlar yoxlanılır. Bu da Olimpiya küçəsində və eləcə də F.X.Xoyski küçəsində uzun növbələr yaradır”.
Elməddin Muradlının “Gənclik Mall”un qarşısında yaranan konflikt nöqtələrin həlli ilə bağlı verdiyi təkliflərlə bağlı həmin videonu sizə təqdim edirik:
Səfər
Piyadaların bu addımı qəza ilə nəticələnə bilər – Sürücülər bu təhlükəni görmür - VİDEO
Britaniyada stansiyalar yaxınlığında mənzil tikintisinə başlanılacaq - EKSPERT
Yaşıl işıqda edilən bu səhv qəza ilə nəticələnə bilər – Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Hazırkı yolları genişləndirməklə tıxacları həll etmək mümkün deyil - EKSPERT
Sürücülər tunelə girərkən niyə sürəti azaltmalıdır? – İZAH – VİDEO
Bir səhv manevr iki qəza yarada bilər – Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Qəza anında instinktiv sükan hərəkəti niyə təhlükəlidir? – Mütəxəssis AÇIQLADI – VİDEO
Körpü və tunellərdə qəza riskini necə azaltmaq olar? – Mütəxəssis AÇIQLADI - VİDEO
Piyada qəfil yola çıxarsa sürücü nə etməlidir? – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Avtomobildə telefonu simsiz şarj edərkən buna diqqət edin – XƏBƏRDARLIQ
Sürücülərin diqqət etmədiyi təhlükə: Avtobusla piyadaların arasında qalmaq – VİDEO










