Hansısa manevrlə bağlı qadağanedici nişan yoxdursa, deməli, icazə var – MÜTƏXƏSSİS - VİDEO

Yasamal rayonu ərazisində yol hərəkətinin təşkili ilə bağlı sürücülər arasında yaranan suallara aydınlıq gətirilib.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib ki, bəzi sürücülər yol nişanlarının olmadığı hallarda hansı manevrlərə icazə verildiyini düzgün qiymətləndirə bilmirlər. Onun sözlərinə görə, konkret olaraq Akim Abbasov küçəsində həm zolaqlar üzrə hərəkət istiqamətini göstərən nişanlar, həm də sola dönməni qadağan edən göstəricilər mövcuddur və bu qaydalara əməl olunması vacibdir.
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Aqil Rəhimov qeyd edib ki, lakin bəzi ərazilərdə belə nişanlar və ya yol nişanlanması olmadıqda sürücülər tərəddüd yaşayırlar. O vurğulayıb ki, yol hərəkəti qaydalarına əsasən, əgər hər hansı istiqamətdə hərəkəti qadağan edən nişan və ya nişanlanma yoxdursa, həmin manevrə icazə verilir.
Məşqçinin sözlərinə görə, belə hallarda sürücü sola və ya geriyə dönməzdən əvvəl mütləq qarşıdan gələn nəqliyyat vasitələrinə, həmçinin digər hərəkət iştirakçılarına yol verməlidir. Yalnız təhlükəsizlik tam təmin olunduqdan sonra manevr etmək mümkündür.
Ekspert əlavə edib ki, yol hərəkəti əsasən qadağalar prinsipi üzərində qurulub: “Əgər konkret bir hərəkət qadağan edilməyibsə, deməli, ona icazə var. Lakin bu, sürücülərin məsuliyyətini azaltmır. Hər bir manevr zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır.”
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












