Hər bir sürücü həm də piyadadır, yollarda onlar daha diqqətli olmalıdır - EKSPERT - VİDEO

Avtobusdan düşdükdən sonra piyadaların yolun hərəkət hissəsinə ani və nəzarətsiz şəkildə çıxması ciddi təhlükə yaradır.
Avtosfer.az xəbər verir ki, bu barədə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib.
Onun sözlərinə görə, müşahidələr göstərir ki, hər 10 nəfərdən təxminən 8-i avtobusdan düşdükdən dərhal sonra nəqliyyat vasitəsinin arxası və ya qarşısından qəfil şəkildə yola atılır:
“Biz adətən deyirik ki, piyadalar yola çıxır. Amma bu ifadə tam düzgün deyil. Reallıqda onlar yavaş və nəzarətli şəkildə çıxmırlar, demək olar ki, qəfil şəkildə, güllə kimi yola atılırlar. Bu isə sürücülər üçün çox təhlükəli vəziyyət yaradır”.
Aqil Rəhimov xüsusilə avtobusun önündən keçməyin riskli olduğunu vurğulayıb. O qeyd edib ki, yol kənarında olan ağaclar, digər nəqliyyat vasitələri və müxtəlif maneələr sürücünün görmə bucağını məhdudlaşdırır:
“Avtobusun qabağından keçmək ən təhlükəli davranışlardan biridir. Sürücü sizi vaxtında görə bilmir. Bu zaman qəza riski kəskin artır. Piyadalar mütləq avtobus tam uzaqlaşdıqdan sonra və yolun göründüyünə əmin olduqdan sonra hərəkət etməlidir.”
Ekspert əlavə edib ki, piyadaların davranışında əsas problemlərdən biri sürücünün vəziyyətini düzgün qiymətləndirməməkdir. Onun sözlərinə görə, insan yalnız sükan arxasına keçəndən sonra sürücülüyün çətinliyini daha yaxşı anlayır:
“Bir çox insan piyada olanda yolu daha məsuliyyətsiz keçir. Amma sürücü olduqdan sonra başa düşür ki, qarşısına qəfil çıxan piyadaya reaksiya vermək bəzən mümkün olmur. Bu zaman davranış da dəyişir, daha ehtiyatlı olur.”
Bununla yanaşı, Aqil Rəhimov vurğulayıb ki, məsuliyyət yalnız piyadaların üzərində deyil:
“Sürücülər də piyadanı başa düşməlidir. Çünki hər bir sürücü eyni zamanda piyadadır və bu vəziyyəti yaşamış olur. Yol hərəkətində qarşılıqlı anlayış və hörmət əsas şərtdir”.
Sonda məşqçi qeyd edib ki, belə halların qarşısını almaq üçün həm maarifləndirmə tədbirləri gücləndirilməli, həm də piyadalar və sürücülər arasında davranış mədəniyyəti formalaşdırılmalıdır. Onun sözlərinə görə, sadə qaydalara əməl etmək bir çox ağır yol-nəqliyyat hadisələrinin qarşısını ala bilər.
Eltac Zülfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












