Maşında termostatın düzgün işləməməsinin səbəbi nədir? – Ustadan XƏBƏRDARLIQ - VİDEO

Soyuq havalarda avtomobilin temperatur göstəricisinin davranışı bir çox sürücünü çaşdırır.
Avtosfer.az xəbər veriri ki, bəzi hallarda səhər yola çıxanda mühərrikin temperaturu uzun müddət qalxmır, amma dayananda bir anda yüksəlməyə başlayır. Sürücü yola davam etdikcə isə göstərici yenidən aşağı enir və yerində sabit qalır.
Belə vəziyyətlə üzləşən sürücülərdə belə bir sual yaranır: bu normal haldır, yoxsa mühərrikdə nasazlıqdan xəbər verir?
Əgər termostat bir qədər açıq vəziyyətdə ilişibsə, bu mühərrikin optimal temperaturda işləməsinə mane olur və yanacaq sərfiyyatına, mühərrikin performansına da təsir göstərə bilər. Amma belə halda avtomobili idarə etməyə davam etmək olarmı, yoxsa bu, risklidir?
.jpg)
Məsələ ilə bağlı avtomobil ustası Sahil Ağabəyli Avtosfer.az-a açıqlamasında bildirib ki, temperatur yüksək sürətdə aşağı düşürsə, deməli, radiator sistemində problem var:
“Bu, əsasən, mühərrikin soyutma radiatorunda tutqunluq (tıxanma) olması ilə və ya termostatın normal işləməməsi ilə bağlı ola bilər. Termostat düzgün işləmədikdə, yanacaq sərfiyyatı artır, mühərrikin iş qaydası dəyişir və gücü azalır. Mühərrik isinmədikcə səlis və rahat işləyə bilmir. Halbuki, mühərrik istiləndikcə daha səmərəli və az yanacaq sərf edərək işləməyə başlayır. Buna görə də, istər yayda, istər qışda, bütün avtomobillərdə termostatın tam normal vəziyyətdə olması vacibdir. Bu, mühərrikin səlis və sabit işləməsi üçün əsas şərtlərdən biridir”.
Sahil usta qeyd edib ki, termostatların 3–4 ildən bir, maksimum 5 ildən bir yenilənməsi mütləqdir:
“Bu, həm mühərrikin sağlam işləməsini, həm də yanacaq sərfiyyatının azalmasını təmin edir. Termostatın nasazlığı təkcə yanacaq sərfiyyatını artırmır, həm də atmosferə atılan zəhərli qazların miqdarını çoxaldır. Buna görə də, 50 min kilometrdən bir və ya ən geci 5 ildən bir termostatı yeniləmək tövsiyə olunur.
Əgər avtomobil hərəkət zamanı soyuyur, lakin dayanarkən mühərrikin temperaturu qalxırsa, bu zaman radiatorun tutqunluğu da ehtimal olunur. Yəni, mühərrik hərəkət zamanı soyuyur, amma yerində işləyərkən soyuma prosesi baş vermirsə, bu həm termostat, həm də radiator sistemində problem olduğunu göstərə bilər”.
Fidan
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO












