Maşının mühərrik yağına yanacaq qarışması niyə baş verir? – Sahil usta AÇIQLADI

Avtomobil sahibləri üçün ən qorxulu hallardan biri mühərrik yağına yanacağın qarışmasıdır.
Bir çox sürücülər belə hallarla rastlaşması ilə bağlı Avtosfer.az-ın sosial şəbəkə hesablarına şikayət edir. Bəzən ilk baxışda bu, sadəcə yağ səviyyəsinin artması kimi görünə bilər. Lakin məsələ göründüyündən daha ciddidir. Çünki bu hal həm mühərrik üçün həm də qəfil nasazlıqların yaranması üçün ciddi təhlükə hesab oluna bilər.
Bəs yanacağın yağa qarışması hansı səbəbdən baş verir?
.jpg)
Məsələ ilə bağlı avtomobil ustası Sahil Ağabəyli Avtosfer.az saytına açıqlamasında bildirib ki, avtomobillərdə mühərrik yağının artması bir çox səbəblərdən qaynaqlanır:
“Ən çox bu hal avro standartı yüksək olan avtomobillərin mühərriklərində müşahidə edilir. Bu artımın əsas səbəblərindən biri katalizatorun və ya qurum süzgəcinin (sazj filtri) tutulmasıdır. Xüsusilə dizel mühərrikli avtomobillərdə bu problem daha çox rast gəlinir. Çünki dizel yanacağı ağır olduğuna görə yanma prosesi zamanı qurum (his) yaranır. Yaranan bu qurum süzgəcin qarşısını tutduqda, mühərrik qazları normal şəkildə xaric ola bilmir və yanacaq tam yanmadan silindrlər vasitəsilə mühərrikin daxilinə sızır. Nəticədə yanacaq yağla qarışaraq yağ səviyyəsinin artmasına səbəb olur.
Sahil usta həmçinin qeyd edib ki, bəzi mühərriklərdə enjektor sisteminin (“forsunka”) ilişməsi və ya açıq qalması hallarında da bu problem yaranır:
“”Forsunka” püskürtməni nəzarətsiz şəkildə davam etdirdikdə, yanacaq porsenin sıxılması zamanı yağın tərkibinə keçir. Ümumilikdə, mühərrik yağının artması halı daha çox avro standartı yüksək olan, xüsusilə dizel mühərrikli avtomobillərdə müşahidə olunur”.
Fidan
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO












