Maşının mühərrrikinin “nəfəs almasına” nələr mane olur? – Sahil usta AÇIQLADI - VİDEO

Avtomobil sürücüləri arasında ən çox şikayət edilən nasazlıqlardan biri də mühərrikin hava ilə təminatında yaranan çətinliklərdir.
Avtosfer.az xəbər verir ki, bəzən sürücü qaz pedalına basdıqda avtomobilin zəif reaksiya verməsi, mühərrikin gücünü itirməsi və hətta yanacaq sərfiyyatının artması ilə qarşılaşır. Amma bu əlamətlərin kökündə çox zaman diqqətdən qaçan bir səbəb dayanır hansı ki, giriş kollektorunun tıxanması bu səbəblərdən biridir.
Kollektor mühərrikin “ağ ciyəri” rolunu oynayır. Havanın düzgün və sərbəst şəkildə silindrlərə daxil olmasını təmin edir. Lakin zamanla burada müxtəlif çöküntülər, yağ buxarları, yanmamış hissəciklər toplanaraq kanalları daraldır. Hava keçidinin azalması isə mühərrikin işinə ciddi təsir göstərir. Sürücülər bunu daha çox avtomobilin zəifləməsi, titrəməsi, qəfil sönməsi və güc itkisi ilə hiss edir.
Bəs bu halın əsas səbəbləri nələrdir? Niyə bəzən mühərrikin nəfəs almasına belə maneə yaranır?

Məsələ ilə bağlı avtomobil ustası Sahil Ağabəyli Avtosfer.az-a açıqlamasında bildirib ki, bu problem əsasən dizel avtomobillərdə müşahidə olunur:
“Benzin mühərrikli avtomobillərdə isə, demək olar ki, rast gəlinmir. Səbəb ondan ibarətdir ki, EGR sistemi vasitəsilə yanmamış qazlar yenidən kollektor üzərindən keçərək yanma kamerasına daxil olur. Nəticədə düzgün yanmayan yanacaq kollektorun daxilində toplanaraq tıxanmalara səbəb olur. Belə hallar adətən farsunkaların düzgün işləməməsi və EGR sistemində qazların geridönüş prosesinin pozulması zamanı baş verir. Bundan əlavə, yanacağın həddindən artıq yağlı olması da problemin əsas səbəblərindəndir”.
Sahil usta qeyd edib ki, problemin qarşısını almaq üçün sürücülər diqqətli olmalıdır:
“Əgər dizel mühərrikli avtomobilin arxa hissəsindən hərəkət zamanı və ya boş rejimdə qaz verildikdə qara tüstü çıxırsa, bu, mühərrikdə nasazlığın göstəricisidir. Bu halda avtomobil mütləq ustaya göstərilməlidir. Çünki belə nasazlıqlar güc itkisinə, dartınma zəifliyinə, yanacaq sərfiyyatının artmasına və müxtəlif əlavə xərclərə səbəb olur”.
Fidan
Bakıda bu ərazilərdə yeni dayanacaq pavilyonları quraşdırıldı – FOTOLAR
Bu məntəqələrin yanından keçərkən sürəti azaldın – Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Yayda avtomobili tez soyutmağın sadə üsulu – MÜTƏXƏSSİS AÇIQLADI
Tıxac niyə azalmaq əvəzinə artır? – Ekspert səbəblərini AÇIQLADI
Bir neçə zolağın eyni anda dəyişdirilməsi qəza riskini artırır – MÜTƏXƏSSİS – VİDEO
Gələcəyin nəqliyyat mühəndisi təkcə layihə çəkməyi bacarmamalıdır - EKSPERT
Yol kənarındakı bu maneələr qəza riskini artırır – MÜTƏXƏSSİS - VİDEO
Körpü və tunellərdə qəza riskindən necə qorunmaq olar? – MÜTƏXƏSSİS – VİDEO
Narkoman sürücülər ARTIR – HƏBS çarəmi?
Dəmir yolu keçidlərində səhv edən sürücü və piyadaları nə gözləyir? – Qaydalar pozulur və...
Qısaboylu adamların ön oturacaqda oturması qadağandır? - QANUNLA BELƏDİR - VİDEO










