Nömrədəki dalğalı və düz bayraqlar: Hansına görə cərimə yazıla bilər? - VİDEO

Son günlər sürücülər arasında maraq doğuran suallardan biri də qeydiyyat nişanlarındakı bayraq təsvirləridir. Bəzi nömrələrdə Azərbaycan bayrağı dalğalı formada, digərlərində isə düz formada əks olunub. Bu fərqlilik sürücülərdə cərimə olunmaq narahatlığı yaradır.
Buna görə sürücüləri hansısa məsuliyyət gözləyirmi?
Avtomobil qeydiyyat nişanları Azərbaycan Respublikasının dövlət standartlarına uyğun hazırlanır. Həmin standartlarda bayrağın hansı formada əks olunacağı göstərilib. Müxtəlif illərdə hazırlanan nömrələr arasında dizayn dəyişiklikləri ola bilər. Yəni bir vaxt buraxılmış nömrələrdə bayrağın dalğalı, sonralar isə düz formada olması normal qəbul olunur.
Əgər avtomobilin nömrəsi rəsmi şəkildə DİN-in qeydiyyat-imtahan şöbələrindən alınıbsa, onun üzərindəki bayraq formasından asılı olmayaraq qanuni hesab olunur. Sürücülər yalnız saxta yolla hazırlanmış və ya standartdan kənar dəyişiklik edilmiş nömrədən istifadə etdikdə məsuliyyət daşıyırlar.
Avtomobil qeydiyyat nişanındakı bayrağın biri dalğalı, digəri düz olması heç bir qayda pozuntusu deyil və buna görə cərimə yazıla bilməz.
Nərmin
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












