Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür – HÜQUQŞÜNAS - FOTO

Azərbaycanda 2020-ci ilin mart ayından tətbiq edilən karantin rejimi hələ də davam edir. İlk dövrlərdə karantin qaydaları ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq edildi. Bu məhdudiyyətlər bir sıra hallarda cərimələrlə də nəticələndi.
Avtosfer.az xəbər verir ki, İnzibatı Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, pandemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə qorucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hükuməti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər isə 600 manat məbləğində cərmə ediliblər. Pandemiya dövründən xeyli müddət keçməsin baxmayaraq, tədbiq olunmuş cərmələrin əksər hissəsi ödənilməmiş qalmaqdadır. Bəs ödənilməyən bu cərmələrin aqibəti necə olmalıdır?
Mövzu ilə bağlı hüquqşünas Kamandar Hüseynov saytımıza açıqlamasında bildirib ki, inzibatı cərmə ilə bağlı qarar qanunu qüvvəyə mindiyi gündən 5 il müddətində icra edilməyibsə, daha icra edilməməlidir.

“Bu, deməkdir ki, cərmə ilə bağlı qarar qüvvəyə mindikdən sonra 5 il vaxt keçibsə, həmin qarar icra olunmur və icrata xitam verilir. Üzərindən 5 ildən az müddət keçmiş cərmələrin ləğvi və silinməsi ilə bağlı qanunvericilikdə konkret norma yoxdur. Bu istiqamətdə, yəni karantin rejimi ilə bağlı cərimələrə amnistiya tədbiq edilməsi və ya silinməsi ilə bağlı Milli Məclisdə fikirlər səslənsə də, hələ ki, bu istiqamətdə hər hansı bir yüngüləşdirici norma qəbul edilməyib”.
Qeyd edək ki, müvafiq məsələ ilə əlaqədar qonşu Gürcüstanda və qardaş Türkiyədə, eləcə də bir çox Avropa ölkələrində pandemiya ilə bağlı yazılan cərimələr dövlət tərəfindən silinib.
Səfər
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












