Qısaboylu adamların ön oturacaqda oturması qadağandır? - QANUNLA BELƏDİR - VİDEO

Sürücüləri maraqlandıran məsələlərdən biri də sərnişinlərin avtomobildə daşınması qaydalarıdır. Uşaqların ön oturacaqda daşınması ilə bağlı məhdudiyyətlərin olması sürücülərdə bəzi suallar yaradır. Bu suallardan biri də qısaboylu insanların ön oturacaqda əyləşməsinin qanunvericiliklə qadağan edilib-edilməməsi ilə bağlıdır.
Mövcud qanunvericiliyə əsasən, qısa boylu insanların minik avtomobillərinin ön oturacağında daşınmasına hər hansı qadağa tətbiq edilmir.
Qeyd edək ki, yol hərəkəti qaydalarında bu sahədə əsas məhdudiyyət uşaqlarla bağlıdır. Belə ki, minik avtomobillərində 12 yaşınadək uşaqların ön oturacaqda daşınmasına yalnız xüsusi saxlayıcı qurğulardan istifadə edilməklə icazə verilir.
Yetkin şəxslər üçün isə boy göstəricisinə görə ayrıca məhdudiyyət müəyyən edilməyib. Bu səbəbdən qısaboylu insanların ön oturacaqda əyləşməsi yol hərəkəti qaydalarının pozulması hesab olunmur.
Fərid
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












