Şarj olunandan sonra maşında yaranan problemin səbəbi nədir? – Sahil usta AÇIQLADI - VİDEO

Bir çox hibrid avtomobil sahibləri maraqlı və narahatlıq doğuran eyni vəziyyətlə üzləşirlər.
Avtosfer.az xəbər verir ki, avtomobil tam şarj edildikdən sonra enerji blokundan ayrıldıqda, bəzi hallarda avtomobildə texniki nasazlıqlar müşahidə edilir.
Sürücünün bildirdiyinə görə, avtomobil şarjdan sonra ilk işə salınmada normal fəaliyyət göstərir, lakin az sonra avtomobilin ekranında “açar” işarəsi peyda olur. Daha sonra avtomobili söndürüb bir neçə dəqiqə sonra yenidən işə salanda isə nəqliyyat vasitəsi işə düşmür. Bəzi hallarda təkrar işə salarkən bu dəfə injektor işığı yanır. Yenidən avtomobil söndürülüb təxminən 10–15 dəqiqə sonra işə salınanda isə problem aradan qalxır və xəbərdarlıq işıqları sönür. Maraqlıdır ki, bu nasazlıq yalnız avtomobil enerjiyə qoşulub tam şarj olandan sonra meydana gəlir.
Sürücülər bu kimi halların səbəbləri ilə maraqlanır və bildirirlər ki, problem həm xodlanma, həm də elektron idarəetmə sisteminə təsir göstərir.

Məsələ ilə bağlı avtomobil ustası Sahil Ağabəyli saytımıza açıqlamasında bildirib ki, “açar” işarəsi servis (texniki baxış) bildirişidir:
“Bu bütün avtomobillərdə olur və normal haldır, avtomobilin işləməsinə hər hansı məhdudiyyət yaratmır. Amma injektor işığının yanması artıq bir problemin mövcud olduğunu göstərir. Bu işıq avtomobildə nasazlıq olduğunu bildirir. Buna görə də ilk növbədə avtomobil diaqnostika cihazına qoşulmalı və səbəbi müəyyən edilməlidir. Böyük ehtimalla, yaranan problem də məhz injektor işığının yanmasına səbəb olan nasazlıqdan qaynaqlanır. Səbəb aradan qaldırıldıqdan sonra problem də həll olunacaq”.
Fidan
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












