Saxta ehiyat hissələri sürücülərə necə zərər vurur? – “TOYOTA”dan XƏBƏRDARLIQ - VİDEO

Ölkənin ehtiyat hissələri bazarını uzun illərdir qeyri-orijinal versiyalar işğal edir. Bu prosesdə ən çox zərər görən şirkətlərdən biri də “Toyota”dır. Şirkət uzun müddətdir ki, bazarda bu halların qarşısını almaq üçün mübarizə aparır, bəzən bu mümkün olsa da, hələ də bu istiqamətdə çətinliklərin mövcudluğu da danılmazdır.
Sürücülər isə “ucuz ətin şorbası”na aldanıb həyatlarını riskə atmağa davam edirlər. Bu mövzuda avtomobil mütəxəssisləri dəfələrlə xəbərdarlıq etsə də, qeyri-orijinal ehtiyat hissəsinin vurduğu zərərə görə ağır qəzalar baş versə də, nəqliyyat vasitəsi idarəçiləri dərs çıxarmır.
Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, sürücülərin əksəriyyəti orijinal məhsul almağa meyil etsə də, ehtiyat hissələri mağazalarında aldadılır.
.jpg)
“Azərbaycanda qeyri-orijinal ehtiyat hissələrinin bazara daxil edilməsi əslində sürücülərə kifayət qədər ziyan vurur. “Toyota” şirkəti bu məsələ ilə bağlı beynəlxalq səviyyədə mübarizə aparır. Biz saxta ehtiyat hissələrinin bazara daxil edilməsi ilə bağlı araşdırma apardıq. Məlum oldu ki, Azərbaycan qanunvericiliyində bu cür əməllərə görə cinayət məsuliyyəti, eyni zamanda inzibati məsuliyyət də nəzərdə tutulub. Sadəcə, görünür, mübarizə mexanizmində hansısa çətinliklər var”.
“Toyota”nın nümayəndəsi Eldəniz Cəfərov bildirir ki, orginal olmayan ehtiyyat hissələrini alıb avtomobilə quraşdırdıqda, müəyyən fəsadlara yol aça bilər və bu, təhlükəsizlik baxımından olduqca mənfi haldır:

“Vətəndaş hansısa ehtiyat hissəsinin orijinal olmasına əmin olmaq istəyirsə, bu zaman satıcıdan həmin ehtiyat hissəi ilə bağlı bir arayış, yaxud diler və distribüterin hansısa sertifikatını xahiş edə bilər. Bu sertifikat yoxdursa, yaxud həmin ehtiyat hissəsinin Azərbaycan dilinə tərcümə edilmiş versiyası mövcud deyilsə, bu da həmin ehtiyat hissəsinin saxta olmasını işarə edir”.
Qeyd edək ki, Toyota öz şəbəkəsi daxilində, habelə öz müştəriləri ilə və sərhəd nəzarəti vasitəsilə Toyota adından istifadə edən saxta məhsulların bazardan çıxarılmasına yardım etmək istiqamətində inamla çalışır.
Səfər
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...
Sükan arxasında telefonla danışmağa hansı halda cərimə yazılır? – Qanun nə deyir? - VİDEO
Biləcəri dairəsində nəqliyyat sıxlığı necə azaldıla bilər? – TƏKLİF












