Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO

Avtomobilin icbari sığortasının müddəti başa çatdıqdan sonra sürücüyə SMS bildirişi göndərilməməsi bəzən narazılığa səbəb olur. Bəzi sürücülər sığortanın vaxtının bitdiyi barədə məlumat almadıqları üçün cərimə ilə üzləşdiklərini bildirirlər.
Bəs belə hallarda sürücünün məlumatlandırılmaması məsuliyyətdən azad olunmaq üçün əsas sayıla bilərmi?
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov bildirib ki, sığortanın müddətinin başa çatması ilə bağlı sürücüyə SMS göndərilməsi hər bir halda təmin olunmaya bilər.
Onun sözlərinə görə, sığorta rəsmiləşdirilərkən əlaqə nömrəsi qeyd edilir. Lakin həmin nömrənin sürücünün özünə aid olmaması və ya başqa nömrənin göstərilməsi səbəbindən bildiriş ona çatmaya bilər.
Sürücü avtomobilinin icbari sığortasının qüvvədə olub-olmamasını özü də mütəmadi yoxlamalıdır. SMS bildirişinin gəlməməsi sığortanın müddətinin bitməsinə nəzarət etməmək üçün əsas olmamalıdır.
Rüfət Əmiraslanov sürücülərə tövsiyə edib ki, sığortanın qüvvədəolma müddətini əvvəlcədən yoxlasınlar və müddət başa çatdıqda sığortanı vaxtında yeniləsinlər. Bu, həm mümkün cərimələrin, həm də sığortasız avtomobil idarə etməklə bağlı risklərin qarşısını almağa kömək edə bilər.
Eltac Züflüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












