Skuterləri necə park etmək lazımdır? – “Bolt” şirkəti QAYDALARI İZAH ETDİ - VİDEO

Elektrik skuterlərdən istifadə artdıqca, bu nəqliyyat vasitələri ilə bağlı aktual mövzular da ictimai müzakirələrin mərkəzinə çevrilir. Bu mövzular arasında təhlükəsizlik məsələləri və skuterlərin düzgün parklanma prinsipləri xüsusi yer tutur.
Bu mövzuda “Bolt” şirkətindən Avtosfer.az-a bildirilib ki, parklanma qaydaları təkcə təhlükəsizlik baxımından deyil, həm də şəhər sakinləri üçün yol hərəkətinin rahatlığı və şəhər görüntüsünün səliqəli saxlanması baxımından önəmlidir. Hazırda Bakıda skuterlərin düzgün yerləşdirilməsi üçün 530 rəsmi parklanma zonası (slot) ayrılıb. “Bolt” Skuterlər komandasının meneceri Elnur Hacılı qedy edib ki, təhlükəsizlik yalnız səfər zamanı baş verənlərlə məhdudlaşmamalıdır:
“Təhlükəsizlik və parklanma funksiyalarımızla yanaşı, bu kimi asan yadda qalan tövsiyələr vasitəsilə hər bir skuter sürücüsünə Bolt skuterləri və elektrik velosipedləri ilə düzgün parklama üçün atmalı olduqları addımlarda dəstək olmağı hədəfləyirik.
Skuter Parklanması üzrə 3 Vacib Qayda:

Səfərinizi bitirmək istədiyiniz ərazidə parklama mümkün olduğuna əmin olun; Gəzintiyə başlamazdan əvvəl və ya səfər zamanı Bolt tətbiqindən istifadə edərək təyinat nöqtənizin yaxınlığında uyğun parklanma zonalarının olub-olmadığını yoxlaya bilərsiniz. Əgər parklama qadağan olunmuş zonadasınızsa, skuterin idarə panelində parklanma xəbərdarlığı işığı yanacaq və tətbiqdə sizə icazə verilən və verilməyən zonalar vizual şəkildə göstəriləcək.
Skuterin dik vəziyyətdə olduğundan əmin olun; Yıxılmış və ya düzgün park edilməmiş skuter digər sürücülər, velosipedçilər və ya piyadalar üçün təhlükə yarada bilər. Səfərinizi bitirdikdən sonra skuterin çıxardığı səslərə diqqət yetirin. Əgər skuterin sensorları 15%-dən artıq əyilmə aşkar edərsə, sizi xəbərdar edəcək və yenidən düzgün park etməyinizi xahiş edəcək.
Düşmüş skuterlərə qarşı laqeyd qalmayın; Bəzən skuterlər təsadüfən yıxıla bilər. Bolt hər kəsi, gördüyü yıxılmış skuteri yerindən qaldıraraq düzgün şəkildə park etməyə təşviq edir. Bu həm şəhər səliqəsi, həm də ictimai təhlükəsizlik üçün vacibdir. Üstəlik, skuter bunu etdiyiniz üçün sizə “sağ ol” deyə bilər .
Unutmayaq ki, düzgün parklanma yalnız qaydalara riayət deyil, həm də şəhər mədəniyyətinə və təhlükəsizliyə töhfədir. Hər bir istifadəçinin məsuliyyətli davranışı Bakı şəhərinin daha nizamlı və yaşanabilir olması üçün vacibdir”.
Səfər
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












