Soyuq havalarda qəzalardan yayınmaq üçün sürücülər nələrə əməl etməlidir? – ARAŞDIRMA

Qış yaxınlaşdıqca avtomobil sahibləri mühüm hazırlıq mərhələsinə qədəm qoyurlar.
Avtosfer.az xəbər verir ki, havalar soyumamışdan əvvəl aparılacaq bəzi əsas yoxlamalar həm təhlükəsizliyi təmin edir, həm də yanacaq sərfiyyatını azaldaraq sürücüləri əlavə xərclərdən qoruyur.
Payızın gəlişi ilə birlikdə temperaturun aşağı düşməsi avtomobillərin texniki vəziyyətinə daha çox diqqət tələb edir. Xüsusən də təkər təzyiqi, antifriz, akkumulyator, əyləclər və mühərrik yağı kimi əsas detalların yoxlanılması sürücülük təhlükəsizliyi baxımından vacib hesab olunur. Mütəxəssislərin sözlərinə görə, təkərlərdə təzyiqin aşağı olması yanacaq sərfini artırır, antifriz çatışmazlığı mühərrikin donmasına gətirib çıxara bilər. Zəif akkumulyator isə soyuq havalarda mühərrikin işə salınmasında ciddi problemlər yaradır.
Bununla yanaşı, şüşəsilənlərin və istilik sisteminin işlək vəziyyətdə olması da vacibdir. Çünki görmə itkisinin qarşısının alınması və sürücülük zamanı rahatlığın təmin olunması birbaşa bu sistemlərin düzgün işləməsindən asılıdır.
Mütəxəssislər bildirirlər ki, bu sadə hazırlıqlar qışda yaranacaq daha ciddi texniki nasazlıqların qarşısını ala bilər. Onların sözlərinə görə, vaxtında aparılan texniki baxış sürücülərin təhlükəsiz və qənaətcil səyahətini təmin edir.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












