Sürücülərə XƏBƏRDARLIQ: "Yalnız bu halda avtomobiliniz cərimə meydançasına aparıla bilər"

Çox vaxt sürücülər öz hüquqlarını bilmir. Onlara elə gəlir ki, DYP əməkdaşının istədiyi vaxt avtomobili cərimə meydançasına yerləşdirmək hüququ var. Amma heç də hər zaman proses belə olmaya bilər. Bəs görəsən, hansı hallarda DYP əməkdaşı avtomobili cərimə meydançasına apara bilər?
Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, qanunla DYP əməkdaşı istənilən vaxt, istənilən halda sürücünün avtomobilini əlindən alıb cərimə meydançasına yerləşdirə bilməz:
“Qanunla bu hallar konkret olaraq müəyyənləşdirilib. Maşını hansı halda cərimə meydançasına qoymaq olar, yaxud bunun üçün hansı prosedurlar həyata keçirilməlidir, bütün bu məsələlər qanunla tənzimlənir. “Ürəyim istəyir, maşını aparıb duracağa qoyum”, deyə bir şey yoxdur. Amma təəssüf ki, bəzən buna rast gəlinir. Hətta cərimə meydançasına aparılan avtomobilə görə sürücü akt tərtib olunmasını istəyir, amma bu, bir neçə gündən sonra mümkün olur. Yaxud vətəndaş şikayət edəndən sonra akt tərtib edilir. Belə hallar olmamalıdır. Bu cür hallarla mübarizə aparmaq lazımdır. Belə məsələr vətəndaşı narazı salır. Ona görə inzibati xətalar məcəlləsində konkret göstərilib ki, avtomobil hansı hallarada cərimə meydançasına qoyula bilər. Dövlət qeydiyyat nişanlarından biri yoxdursa, standarta uyğun deyilsə, sürücü sərxoş vəziyyətdədirsə və yanında ayıq vəziyyətdə olan həmkarı yoxdursa, narkotik vasitənin təsiri altındadırsa, nəqliyyat vasitəsi qaçırılıbsa, sürücünün etibarnaməsi yaxud da sürücülük hüququ yoxdursa, sürücülük vəsiqəsinin vaxtı bitibsə, o zaman avtomobil cərimə meydançasına yerləşdirilir”.
Ekspert daha sonra bildirib ki, qanunla müəyyən edilən hallar mütləq öyrənilməlidir:
“Polis əməkdaşları da bu qanunları yaxşı bilməli və onlara əməl etməlidir. Vətəndaşı narazı salmaq olmaz. Çünki qanunda nə varsa, onu tətbiq etmək lazımdır. Kənar davranışlar, digər hallar, vətəndaşı narazı salır. Buna yol vermək olmaz. Ümumiyyətlə polisin borcudur ki, vətəndaş məmnunluğunu təmin etsin, insanları narazı salan hərəkətlərə yol verməsin”.(konkret.az)
Bakıda sürücülər üçün gizli təhlükə – Sağa dönərkən DİQQƏT - VİDEO
Bakının mərkəzində sürücüləri çətin vəziyyətə salan yolayrıcı – VİDEO
Yolun ortasındakı kollar qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Piyadaların bu addımı qəza ilə nəticələnə bilər – Sürücülər bu təhlükəni görmür - VİDEO
Britaniyada stansiyalar yaxınlığında mənzil tikintisinə başlanılacaq - EKSPERT
Yaşıl işıqda edilən bu səhv qəza ilə nəticələnə bilər – Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Hazırkı yolları genişləndirməklə tıxacları həll etmək mümkün deyil - EKSPERT
Sürücülər tunelə girərkən niyə sürəti azaltmalıdır? – İZAH – VİDEO
Bir səhv manevr iki qəza yarada bilər – Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Qəza anında instinktiv sükan hərəkəti niyə təhlükəlidir? – Mütəxəssis AÇIQLADI – VİDEO
Körpü və tunellərdə qəza riskini necə azaltmaq olar? – Mütəxəssis AÇIQLADI - VİDEO










