Sürücülərin diqqətinə: Maşının açarının yanına bu əşyaların taxılması məsləhət deyil - FOTO

Türkiyədə aparılan araşdırmalar göstərir ki, milyonlarla avtomobil sahibi bilmədən alışdırma açarına əlavə etdiyi çoxlu sayda açar və aksesuar səbəbindən avtomobilin mexaniki və elektrik sistemlərində ciddi problemlərlə üzləşə bilər.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər bu barədə sürücüləri xəbərdar edirlər.
Mütəxəssislər bildirirlər ki, avtomobil hərəkətdə olarkən titrəmələr nəticəsində alışma silindrinin içərisindəki həssas hissələr əlavə ağırlıq səbəbilə zamanla aşınır. Bu da alışdırma mexanizminin sıradan çıxmasına, mühərrikin işə düşməsində çətinliklərə, hətta açarın tam kilidlənməsinə səbəb ola bilər.

Bundan əlavə, artıq yük səbəbindən elektrik dövrəsində yaranan nasazlıqlar avtomobilin kompüter sistemi ilə əlaqənin pozulmasına gətirib çıxara bilər ki, bu da sürücülük təhlükəsizliyinə mənfi təsir edir.
Mütəxəssislər sürücülərə tövsiyə edirlər ki, alışdırma açarını mümkün qədər yüngülləşdirərək, yalnız avtomobilə aid əsas açardan istifadə etsinlər. Digər metal bəzək əşyaların və açarların çıxarılması alışma sisteminin ömrünü uzadır və gələcəkdə bahalı təmir işlərinin qarşısını alır.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












