Sürücülərin diqqətinə: Önünüzdəki yüklü evakuatorlardan uzaq durun - VİDEO

Yolda hərəkət zamanı evakuatorlara yaxın məsafədə dayanmaq ciddi təhlükə yarada bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə xəbərdarlıq edib. Onun sözlərinə görə, xüsusilə svetoforlara yaxınlaşarkən və ya tıxac zamanı evakuatorların arxasında çox yaxın məsafədə dayanmaq risklidir.
Aqil Rəhimov bildirib ki, evakuatorların arxa hissəsində avtomobili yükləmək üçün istifadə olunan xüsusi sürgü və metal qurğular olur. Bu qurğular kəskin və sərt konstruksiyaya malikdir və qəfil toqquşma zamanı ciddi təhlükə yarada bilər.
Onun sözlərinə görə, arxadan gələn avtomobil zərbə vurarsa, evakuatorun arxa hissəsində yerləşən metal qurğu digər avtomobilin ön şüşəsi və ya salon hissəsinə doğru yönələ bilər. Bu isə sürücü və sərnişinlərin həyatı üçün ciddi risk yaradır.
Ekspert sürücülərə evakuatorların nə arxasında, nə də yanlarında çox yaxın məsafədə hərəkət etməməyi tövsiyə edib. O qeyd edib ki, belə nəqliyyat vasitələrinin arxasında mütləq təhlükəsiz məsafə saxlanılmalı və mümkün qədər ehtiyatlı davranılmalıdır.
Aqil Rəhimovun sözlərinə görə, yol hərəkəti zamanı diqqətli olmaq və təhlükəsizlik qaydalarına əməl etmək bu cür risklərin qarşısını almaqda mühüm rol oynayır.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












