Taksidə qiymət tənzimlənməsi - Niyə ekonom komfortdan baha olur? – “Bolt”dan AÇIQLAMA

Gün ərzində bir çox insan taksidən istifadə edir. Ölkə üzrə fəaliyyət göstərən bir neçə taksi operatoru rəqabətli mühitdə müştərilərə müxtəlif qiymətlər təklif edirlər.
Avtosfer.az xəbər veriri ki, bəzən bir taksi operatoru üzrəində eyni istiqamət üzrə taksi sifariş verən vətəndaşlar fərqli qiymətlərlə qarşılaşırlar. Kimisi deyir ki, sürücülər eyni məsafəyə bir gün ucuz, bir gün baha gedir. Kimisi isə bildirir ki, “ekonom” sifariş üçün gələn maşın “komfort”dan baha yazır. Vətəndaşlar iddia edir ki, əgər bir ərazidə “ekonom” azdır lakin “komfort” çoxdursa bu zaman ekonom daha baha yazır. Bu hal bir çox sərnişinlərdə çaşqınlıq yaradıb. Doğrudanmı bir ərazidə “ekonom” sifarişli avtomobil az olduğu üçün onun dəyəri daha yüksək hesablanır?

Məsələ ilə bağlı “Bolt” şirkətinin mətbuat katibi Nigar Kazımova Avtosfer.az-a açıqlamasında bildirib ki, məlumat düzgündür:
“Qiymət tələbatdan asılı olaraq dəyişir. Yəni, əgər ərazidə 1 “ekonom” və 10 “komfort” sifarişli maşın varsa, həmin anda “ekonom” kateqoriyasına tələbat artarsa, onun qiyməti də yüksəlir. Ümumiyyətlə, qiymətin formalaşması sırf tələbat səviyyəsindən asılıdır. Ərazinin və ya hansısa digər amilin bu prosesdə rolu yoxdur. Əsas rol oynayan məhz həmin anda tələbatın yüksək və ya aşağı olmasıdır. Hətta qiymət tələbat səbəbilə artdıqda, tətbiqdə bu barədə məlumat göstərilir və istifadəçiyə başqa kateqoriyadan da istifadə imkanı təklif olunur”.
Fidan
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












