Tıxac niyə azalmaq əvəzinə artır? – Ekspert səbəblərini AÇIQLADI

Şəhərlərdə tıxac probleminin həlli məqsədilə yolların genişləndirilməsi uzun illərdir tətbiq olunan üsullardan biri olsa da, bu yanaşma hər zaman gözlənilən nəticəni vermir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Anar Əliyev yolların genişləndirilməsinin tıxacların aradan qaldırılması üçün effektiv və uzunmüddətli həll olmadığını bildirib.
Ekspertin sözlərinə görə, bir çox insan daha geniş yolların avtomatik olaraq nəqliyyat sıxlığını azaldacağını düşünsə də, praktika bunun əksini göstərir.
“İlk baxışda daha geniş yolun daha çox avtomobil qəbul edə bilməsi məntiqli görünür. Lakin bu effekt adətən qısamüddətli olur. Sürücülər yeni və ya genişləndirilmiş yolun daha rahat olduğunu gördükdə marşrutlarını həmin istiqamət üzrə qurmağa başlayırlar. Nəticədə müəyyən müddətdən sonra yol yenidən əvvəlki sıxlıq səviyyəsinə qayıdır, Yeni yolların, körpülərin və tunellərin tikilməsi də bir çox hallarda avtomobil istifadəsini daha da stimullaşdırır. Yol infrastrukturu genişləndikcə insanlar şəxsi avtomobildən istifadəyə daha çox üstünlük verməyə başlayırlar. Bu isə əlavə nəqliyyat axını yaradır və qısa müddət sonra yeni yaradılmış imkanlar da dolur”, – deyə ekspert bildirib.
Anar Əliyev şəhərlərdə mövcud olan dar boğazların da problemin əsas səbəblərindən biri olduğunu vurğulayıb.
“Şəhərin bir hissəsində 6-8 zolaqlı yolun olması problemi tam həll etmir. Çünki həmin yolun davamında nəqliyyat axını çox zaman 2-4 zolaqlı küçələrə yönəlir. Bu isə sıxlığın başqa nöqtədə yenidən yaranmasına səbəb olur”, – deyə o əlavə edib.
Tıxaclarla mübarizədə əsas diqqət mobilliyin düzgün idarə olunmasına yönəldilməlidir. Onun fikrincə, ictimai nəqliyyatın inkişaf etdirilməsi, yeni metro stansiyalarının tikilməsi, avtobus şəbəkəsinin təkmilləşdirilməsi və alternativ hərəkət imkanlarının artırılması daha effektiv nəticə verə bilər.
Anar Əliyev bildirib ki, bununla bağlı nümunələri Bakıda da görmək mümkündür.
“Vaxtilə tıxacların azaldılması məqsədilə genişləndirilən Bakı–Sumqayıt yolu, Yusif Səfərov küçəsi və Ziya Bünyadov prospektində bu gün də ciddi nəqliyyat sıxlığı müşahidə olunur. Bu isə göstərir ki, problemin həlli yalnız yolların genişləndirilməsindən ibarət deyil”, – deyə ekspert vurğulayıb.
Eltac Zülfüqaroğlu
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...












