Velosiped və motosiklet qəzalarının qarşısı bu üsulla alına bilər – ARAŞDIRMA

Şəhər daxilində avtomobil qapısının ehtiyatsız açılması nəticəsində velosipedçilərin və motosikletçilərin iştirakı ilə baş verən qəzalar artmaqdadır.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər bu təhlükənin qarşısını almağın çox sadə, amma təsirli bir üsulu var — “Niderland sapı” adlanan texnika.
Bu üsula əsasən, sürücü avtomobilin qapısını ən yaxın əli ilə deyil, uzaqdakı əli ilə açmalıdır. Yəni, sükanı solda olan avtomobillərdə sürücü qapını sol əli ilə yox, sağ əli ilə açmalıdır. Bu hərəkət bədənin avtomatik şəkildə qapıya doğru dönməsinə və çiyin arxasından baxaraq yolun arxasını yoxlamağa imkan yaradır.
Məhz bu refleks sayəsində sürücü qapını açmazdan əvvəl velosipedçi, motosikletçi və ya digər nəqliyyat vasitəsini görə bilər. Nəticədə qəfil açılan qapıların yaratdığı qəzaların qarşısını almaq mümkündür.
Avropa ölkələrində artıq bu üsul geniş yayılıb və Avropa İttifaqı “Niderland sapı” texnikasını yol hərəkəti qaydalarına daxil etməyi planlaşdırır. Mütəxəssislər hesab edirlər ki, bu sadə vərdiş sürücülər və sərnişinlər üçün həyati əhəmiyyət daşıyan təhlükəsizlik tədbirinə çevrilməlidir.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












