Yaşıl işıqda dönən sürücüyə cərimə yazıla bilər? – İZAH – VİDEO

Svetoforun yaşıl işığında hərəkət edən sürücülərin sağa və ya sola dönərkən piyadalara yol verib-verməməsi tez-tez müzakirə olunan məsələlərdəndir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov sürücülərin bu zaman yol hərəkəti qaydalarına diqqət etməli olduğunu bildirib.
Onun sözlərinə görə, sürücü svetoforun yaşıl işığında düz istiqamətdə hərəkət edərkən qarşısında keçidə icazə verilən piyadaya görə dayanmalı deyil. Lakin sağa və ya sola dönmə zamanı vəziyyət dəyişir.
“Əgər siz yaşıl işıqda düzünə hərəkət edirsinizsə, digər istiqamətdə hərəkət edən və ya keçidə icazəsi olmayan piyadanı gözləmirsiniz. Amma sağa və ya sola dönərkən həmin istiqamətdəki piyada keçidində piyadalar üçün yaşıl işıq yanırsa, onlara yol verməlisiniz”, – deyə ekspert bildirib.
Rüfət Əmiraslanov qeyd edib ki, dönmə zamanı sürücü piyada keçidindən istifadə edən şəxslərin hərəkətinə mane olmamalıdır. Bu tələbə əməl edilməməsi inzibati məsuliyyət yarada və sürücünün cərimələnməsinə səbəb ola bilər.
Ekspert sürücülərə svetoforun yalnız özləri üçün yanan yaşıl işığına deyil, dönəcəkləri istiqamətdə piyadalar üçün müəyyən edilmiş keçidə və svetofor siqnallarına da diqqət yetirməyi tövsiyə edib.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












