Hərəkətləri ilə qanun dərsi keçən velosipedçi: Belə etməyənləri cəza gözləyir - VİDEO

Velosiped sürücülərinin yol hərəkəti qaydalarına əməl etməməsi ilə bağlı dəfələrlə xəbər portallarında, o cümlədən Avtosfer.az saytında müxtəlif məlumatlar yayımlanıb. Təəssüf ki, əksər hallarda onlar yol hərəkəti iştirakçıları üçün təhlükə yaradan davranışlarla yadda qalır. Lakin bu dəfə istisna hal müşahidə olunub. Kameraya düşən hadisə isə göstərir ki, intizamlı və qanuna hörmətlə yanaşan velosiped sürücüləri də mövcuddur.
Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın İnşaatçılar prospektində qeydə alınıb. Videoda görünür ki, bir velosiped sürücüsü piyada keçidinə yaxınlaşdıqda, yol hərəkəti qaydalarına tam uyğun davranış sərgiləyib. Belə ki, o, nəqliyyat vasitəsinin üzərində keçidi keçməyə çalışmayıb, əksinə, velosipeddən düşərək onu əlində tutaraq yoldan qarşı tərəfə keçib.
Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, velosiped sürücüsü yolu keçən zaman, mütləq nəqliyyat vasitəsindən düşməli və velosipedi əlində apararaq keçidi tamamlamalıdır. Bu, həm onun öz təhlükəsizliyi, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi baxımından olduqca vacibdir.
Fərid
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












