Qəza şəraiti yaradan sürücü hərəkət zamanı qapını açıb qışqırdı - VİDEO

Paytaxtın Yasamal rayonunda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücünün videosu avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 25-də "MİDA" yaşayış kompleksinin yaxınlığında baş verib.
Belə ki, 88-BR-236 dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü əvvəlcə sağa dönmə işığını yandıraraq sağ zolağa keçib. Lakin bundan sonra dönmə işığını söndürmədən qəfil sola manevr etməyə başlayıb. Nəticədə arxadan gələn avtomobilin sürücüsünü sıxışdıraraq qəza şəraiti yaradıb.
Bununla da kifayətlənməyən sürücü avtomobilin qapısını açaraq digər sürücüyə qışqırmağa başlayıb.
Görüntünü qeydə alan sürücünün sözlərinə görə, o, sonradan həmin şəxsə yaxınlaşaraq iradını bildirib. Qarşı tərəf isə “balaca yerdən məni keçməyə çalışırsan. Qoymadın mən sola keçim” deyərək öz hərəkətinə haqq qazandırmağa çalışıb.
Lakin videodan da aydın görünür ki, sürücü dönmə işığını yandıraraq sağ zolağa keçib. Sürücünün soldakı boş zolağı “balaca yer” adlandırması isə onun sadəcə özünə haqq qazandırmağa çalışdığını, eyni zamanda zolaq anlayışından xəbərsiz olduğunu göstərir.
Fərid
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO
Özündən xəbəri olmayan sürücü ard-arda 3 qayda pozdu - VİDEO
Maşını bir neçə dəfə sıxışdırıb qəza şəraiti yaratdı - 77-XT-271 - VİDEO
Motosikletin işıq cihazına müdaxilə edən sürücü "göz çıxartdı" - VİDEO
STOP nişanında bu səhvi edən sürücülər cərimələnə bilər – VİDEO
Arxaya baxmadan yola çıxan sürücü təhlükəli vəziyyət yaratdı - VİDEO












