22 yaşlı sürücü qəza törətdi: 4 nəfər yaralandı - FOTO

Qaxda baş verən qəzada 4 nəfər xəsarət alıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qax-İlisu avtomobil yolunda baş verib. Qax şəhər sakini, 1997-ci il təvəllüdlü Mustafa Füzuli oğlu Mirzəyev idarə etdiyi "Qaz 31 10" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarındakı dirəyə, sonra isə divara vurub.
Qəzadan sonra sürücü M.Mirzəyev və avtomobildə olan sərnişinlər - Qax şəhər sakinləri, 2001-ci il təvəllüdlü Ülfət Teymur oğlu Əhmədzadə, 1997-ci il təvəllüdlü Elvin Vasif oğlu Dəmirçiyev və 1999-cu il təvəllüdlü Sənan Abid oğlu Abidli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Yaralılardan Ü.Əhmədzadə və M.Mirzəyevin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılıb. A.Abudlinin və E.Dəmirçiyevin xəsarəti yüngül olduğundan müayinə edildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
















