Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO

Yevlaxda baş verən qəza zamanı ölənlərin sayı 2-yə çatıb.
Avtosfer.az xəbər verir ki, “Mercedes Vito”nun “KAMAZ”la toqquşması nəticəsində 1955-ci il təvəllüdlü Qazax rayon sakini Altay Qasımov hadisə yerində həyatını itirib. Avtomobildə olan digər sərnişin, 1978-ci il təvəllüdlü Şəmkir rayon sakini İsmət Qasımov isə müxtəlif dərəcəli xəsarətlərlə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun da həyatını xilas etmək mümkün olmayıb./qafqazinfo


*** 25 noyabr, 22:28
Yevlaxda yük maşını "VİTO" ilə toqquşub.
Avtosfer.az teleqraf-a istinadla xəbər verir ki, hadisə az öncə Bakı-Qazax avtomagistralının rayonun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.
TIR kiçik tutumlu sərnişin avtobusu ilə toqquşub. İlkin məlumata görə, hadisə zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.
Faktla bağlı araşdırma başlanıb.
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO











