56 yaşlı kişini avtomobil vurub - Bakıda
Qəzalar
10 Dekabr 2019 08:25
Oxunub 992

Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır
Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, qəza Binəqədi şossesində, "Emil petrol" yanacaq doldurma məntəqəsinin yaxınlığında baş verib. Minik avtomobili yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Novukov Boris Petroviçi vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













