Abşeronda iki azyaşlını vuran avtobus sürücüsünün məhkəməsi başlayır

Abşeron rayonu Mehdiabad qəsəbəsində iki azyaşlını vuraraq xəsarət almalarına səbəb olan avtobus sürücüsü Elmir Şiriyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Hakim Sevinc Quliyevanın icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə bu ilin iyun ayında baş verib. Elnur Şiriyevin 108A nömrəli marşrut xətti üzrə idarə etdiyi “Daewoo” markalı, 10-TG-550 dövlət qeydiyyatı nişanlı sərnişin avtobusu ilə yolu keçən piyadalar - 2012-ci il təvəllüdlü S.Quliyeva və N.Babayevi vurub.
Azyaşlılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdiriliblər.
Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində E.Şiriyevə Cinayət Məcəlləsinin 263-1.2. (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Anidən əks yola çıxmaq istədi qəza baş verdi - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR












