Ağdaşda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb

Ağdaşda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb. Avtosfer.az DİN Mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, sentyabrın 17-də saat 15:30 radələrində Ağdaş rayonu Korarx kənd sakini, 1978-ci il təvəllüdlü Tərlan Həmidovun sərxoş vəziyyətdə idarə etdiyi “VAZ-2106” markalı avtomobil Ağdaş-Qolqəti-Şəki yolunun 5-ci km-də su kanalına düşüb. Nəticədə sürücü Tehran Həmidov, sərnişinlər - Şahlar Məmmədov, Elbrus Məhyəddinov və Cəlil Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Göstərilən ilkin və təxirəsalınmaz tibbi yardımlara baxmayaraq sərnişinlərdən Şahlar Məmmədov və Elbrus Məhyəddinovun həyatını xilas etmək mümkün olmayıb.
Həmin faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var












