Ağstafada avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var
Qəzalar
26 Oktyabr 2019 18:12
Oxunub 1099

Faktla bağlı araşdırma aparılır
Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. İdarəetmədən çıxan avtomobilin maneəyə çırpılması nəticəsində Ağstafa rayon sakini, 1991-ci il təvəllüdlü Həziyev Elsəvər Natiq oğlu və Mədinə adlı qadın yaralanıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













