Ağsuda ağır yol qəzası: 1 ölü, 4 yaralı

Ağsu rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Ağsu-Kürdəmir yolunun 14-cü kilometrliyində baş verib.
Ağsudan Kürdəmir istiqamətində hərəkətdə olan 1962-ci il təvəllüdlü Mayılov Vaqif Dövlət oğlu idarə etdiyi 10 GP 275 dövlət nömrə nişanlı "VAZ 21074" markalı avtomobillə əks istiqamətdən gələn 1995-ci il təvəllüdlü Hacalıyev Vahid Hacalı oğlunun idarə etdiyi 31 BE 962 dövlət nömrə nişanlı "VAZ 21074" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində V.Mayılov və sərnişinləri, 1986-cı il təvəllüdlü Qüdrətli Şahin Nəsrəddin oğlu, 1961-ci il təvəllüdlü Əmirova Şəla Osman qızı, digər sürücü Vahid Hacalıyev və sərnişini, 1967-ci il təvəllüdlü Səfərova Zeynəb Musa qızı ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. V.Hacalıyev xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb











