Azadlıq prospektində zəncirvari qəza: Yüksək sürət təhlükə yaratdı - FOTO

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı üç avtomobil toqquşub.
Oxu.Az xəbər verir ki, Azadlıq prospekti ilə yülsək sürətlə hərəkətdə olan “Chevrolet” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığından keçərək yoluna davam edib.
Bu zaman nəqliyyat vasitəsi Abbasqulu Ağa Bakıxanov küçəsində işıqforun yaşıl işığında hərəkətdə olan İlkin Vəliyevin idarə etdiyi “10-VL-500” dövlət nömrə nişanlı BMW markalı avtomobilə, daha sonra Ruslan Şahmuradovun idarə etdiyi “90-NC-660” dövlət qeydiyyatlı “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Nəticədə “Chevrolet”in sürücüsü və avtomobildə olan iki sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisədən sonra yolda sıxlıq yaranıb. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub. Polis əməkdaşları yolda tənzimləmə işləri aparıb.
Faktla bağlı araşdırma aparılır.
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO












