Bakı-Qazax yolunda Türkiyə vətəndaşı yük maşını ilə zəncirvari qəza törətdi - Ölən var

Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.
Avtosfer.Az Trend-ə istinadən bildirir ki, hadisə yolun Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində baş verib. Türkiyə vətəndaşı - 1977-ci il təvəllüdlü Cumalı Karaoğlunun idarə etdiyi "Mercedes" markalı, 53 K 5437 nömrəli qoşqusu olan 53 K 5436 Türkiyə dövlət qeydiyyat nişanlı "Mercedes" markalı yük maşını qarşısında hərəkətdə olan - Gəncə şəhər sakini İbrahimov Zahid Nəsib oğlunun idarə etdiyi 16 BB 522 dövlət nömrə nişanlı "KAMAZ" markalı yük maşınına çırpılıb. Nəticədə, "KAMAZ" markalı yük avtomobili aşıb, Türkiyə vətəndaşının idarə etdiyi qoşqulu yük maşını isə yoldan çıxaraq kənarda dayanan Atakişiyev Əyyub Teyyub oğlunun "Mercedes" markalı minik avtomobilinə çırpılıb.
Hadisə nəticəsində "Mercedes"də olan Ə.Ağakişiyev dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var











