Bakı-Qazax yolunda yük avtomobili yolu keçən şəxsi vurub öldürüb

Bakı-Qazax-Gürcüstan yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə oktyabrın 29-da, saat 21:30 radələrində yolun Ucar rayonu ərazisində qeydə alınıb.
Belə ki, Balakən rayon sakini, 1972-ci il təvəllüdlü Qurban Qocuyev özünə məxsus “Ford-Tranzit” markalı yük avtomobili ilə yolu sağdan sola keçmək istəyən Qusar sakini, 1988-ci il təvəllüdlü Kənan Mirzəliyevi vurub. Yaralı hadisə yerində ölüb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR












