Bakı-Quba yolunda iki avtomobil toqquşdu: bir alənin 3 üzvü... - FOTO

Bakı-Quba yolunun 120-ci km-də, Şabran rayonundan keçən hissəsində avtoqəzada bir ailənin 3 üzvü xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, Sumqayıt şəhər sakini, 1968-ci il təvəllüdlü Bayram Cəlal oğlu Həsənov idarə etdiyi "Opel" markalı avtomobillə Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Gülnar Məmmədəli qızı Zeynalovanın idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil toqquşub.
Qəza nəticəsində 1968-ci il təvəllüdlü Bayram Cəlal oğlu Həsənov, həyat yoldaşı, 1975-ci il təvəllüdlü Samirə Şamil qızı Əliyeva və oğlu, 1993-cü il təvəllüdlü Fariz Bayramoğlu müxtəlif dərəcəli xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Samirə Əliyevanın vəziyyəti ağır olduğundan Sumqayıt şəhərindəki xəstəxanaların birinə göndərilib.
İlkin məlumata görə, hər iki avtomobil Bakı şəhəri istiqamətinə hərəkətdə olublar.
Faktla bağlı araşdırma aparılır. (report)
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB
Ada Süleymanın həyatını itirdiyi qəzanın FOTOsu
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO

















